Aerostar PUA-lar üçün ATOL sistemi ilin sonuna hazır

İsrailin Aeronautics şirkəti pilotsuz uçuş aparatları (PUA) üçün yeni Avtomatik Qalxma və Enmə Sisteminin – ATOL (Automatic Take Off and Landing) sınaqlarına başlayıb. “AzeriDefence”nin İsrail hərbi nəşrlərinə istinadən verdiyi məlumata görə, PUA istehsalçısı bu məqsədlə gündə 3-4 sınaq uçuşu yerinə yetirir.

Şirkət yeni sistemin inkişafını ilin sonuna qədər tamamlamağı ümid edir. yeni ATOL ilk olaraq Polşanın sifariş verdiyi “Aerostar” tipli PUA-lara quraşdırılacaq.

ATOL sistemi PUA-ya əvvəlcədən ərazi hazırlamadan avtomatik havaya qalxma və yerə enmə imkanı qazandıracaq.

KATEQORIYA:
Bu xəbəri paylaş