AG600 amfibiya təyyarəsinin bu il dəniz üzərində sınaq uçuşları keçiriləcək

AG600 amfibiya təyyarəsinin bu il dəniz üzərində sınaq uçuşları keçiriləcək

Çinin AG600 amfibiya təyyarəsinin bu il dəniz üzərində sınaq uçuşlarının keçirilməsi planlaşdırılır.

“AzeriDefence”in məlumatına görə, bu barədə Çinin “Sinxua” agentliyi xəbər yayıb.

Dünyanın ən böyük amfibiya təyyarələrindən olan AG600 “Ağ Əjdaha” təyyarəsi Çinin “Aviation Industry Corporation of China” (AVIC) şirkəti tərəfindən istehsal edilib.

AG600 amfibiya təyyarəsi havadan yanğınla mübarizə və axtarış-xilasetmə əməliyyatları üçün hazırlanıb. Çin 15 il ərzində 60 ədəd AG600 “Ağ Əjdaha” təyyarəsini istifadəyə qəbul etməyi planlaşdırır. Hazırda istehsalçı şirkət 17 ədəd AG600 təyyarənin istehsalına dair müqavilə imzalayıb.

Təyyarənin uzunluğu 39,3 metr, qanadlarının kənar nöqtələri arasındakı məsafə 38,8 metr, çəkisi 53,5 ton, sürəti 500 km/saat, uçuş mənzili 4 500 km təşkil edir. Amfibiya təyyarəsi 20 saniyə ərzində 12 ton su toplaya bilir. 3 nəfər heyəti olan “Ağ Əjdaha” 4 ədəd turbovintli mühərriklə təchiz olunub.

Məlumatda o da qeyd olunub ki, AG600 amfibiya təyyarəsinin 2022-ci ilə qədər sifarişçiyə çatdırılması planlaşdırılır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş