Ağcabədidə iynəli top mərmisi, Tərtərdə əl qumbarası tapılıb – FOTO

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlamamış hərbi sursatların (PHS) zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Avqustun 25-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağcabədi rayonu Avşar kəndində qazıntı işləri aparılan ərazidə 1 ədəd mərminin aşkar olunması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə asfalt yolun kənarında qazıntı aparılan hissəyə baxış keçirilib, aparılan əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd 122 mm-lik iynəli top mərmisi (Ş-1) götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş mərminin ətrafında 2 100 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Avqustun 25-də Agentliyə daxil olan digər məlumatda Tərtər rayonu Şıxarx qəsəbəsi ərazisində əl qumbarasının olması barədə bildirilib.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib, aparılan əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əl qumbarasının ətrafında 1 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş