Ağdərənin ermənilər yaşayan kəndləri təşviş içindədir, erməni veteranlar Qarabağa gəldilər

Cəbhədə son günlər yaşanan uğursuzluqların yaratdığı psixoloji sarsıntını aradan qaldırmaq üçün vaxtı ilə Azərbaycan ərazilərinin işğalında iştirak etmiş bir qrup erməni müharibə veteranı bu günlərdə Kəlbəcər və Ağdərədə – cəbhə xəttində olub.

“AzeriDefence”nin məlumatına görə, “Xaçlılar” (əsas tərkibi Livandan gəlmiş ermənilər olub) dəstəsinin üzvləri Qarabağdakı separatçı silahlı birləşmələrin komandanlığı ilə birlikdə – işğal olunmuş Azərbaycan ərazilərində cəbhənin Ağdərə-Tərtər istiqamətində və Murovdağda yerləşdirilmiş Ermənistan Ordusunun hərbi hissələrində olublar.

Görüş zamanı ön postda dayanan əsgərlərə öz döyüş yollarından danışan erməni veteranları onları ruhlandırmağa çalışıblar. Onlar səfərdən sonra çəkdirdikləri fotoları sosial əbəkələrdə paylaşıblar.

Ermənilərin yayımladıqları videoda ön xətdəki erməni mövqelərində ağır, acınacaqlı sosial şəraitinin ağır olması diqqət çəkib.

Videoda hərbçiləri və erməni veteranları ön xəttə götürən avtomobildə yaranan problem erməni ordusunun imkanlarının heç də söylənilən qədər ürəkaçan olmadığını göstərir.

Erməni veteranların paylaşdıqları statuslarda Ağdərənin ermənilər yaşayan cəbhəyə yaxın kəndlərində əhalinin təşviş içində olduğu qeyd edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş