“Ahrlac” dünyanın ən perspektivli patrul təyyarəsi olmağa iddialı – FOTO

Paramount Group şirkəti “Ahrlac” təyyarəsi üçün Şimali Afrika və Yaxın Şərq ölkələrini perspektiv bazar hesab edir və bu bazarlardan sifarişlər gözləyir. Bu barədə “AzeriDefence”yə Paramount Group şirkətindən məlumat verilib.
Çox rollu missiyalar üçün nəzərdə tutulmuş yüngül kəşfiyyatı təyyarəsi hesab olunan “Ahrlac” Paramount Group və Aerosud şirkəti tərəfindən birgə yaradılıb. Bu Afrika qitəsi tarixində istehsal olunmuş ilk yerli təyyarədir.

“Biz Şimalı Afrikadan və Yaxın Şərq hökumətlərindən Ahrlaca güclü marağı gözləyirik. Çünki təyyarə hər şeydən əvvəl bu regionların üzləşdiyi unikal təhlükəsizlik çağırışlarının çoxunu qarşılayır”, – deyə Paramount Group şirkətinin icraedici sədri Ivor Ichikowitz bildirib.

Şirkət rəhbərinin sözlərinə görə, “Ahrlac” uzun səhra sərhədlərində patrul xidmətini yerinə yetirmək, neft və qaz kəmərləri kimi strateji kommunikasiyalara nəzarət etmək və ya terrorist qruplara qarşı tədbirlər görmək üçün ən innovasiyalı həlldir.

Region ölkələri öz qüvvələrini təkmilləşdirirlər. Ümid edirəm ki, çoxları bu rəqabətə davamlı və cazibədar həll kimi “Ahrlac”ı qiymətləndirəcək.

Ichikowitz deyib ki, “Ahrlac” güclü müdafiə bacarıqlarına malikdir. Hansı ki, həm daxili, həm də düşmənin hava məkanında işləyə bilər.

Qiyməti ucuz olan yeni təyyarə Qərb istehsalçılara meydan oxuyacaq.

“Ahrlac”ın korpusu metalın və mürəkkəb materialların qarışığından hazırlanıb. Heyət üçün maksimal görünüşü təmin edir. Təyyarənin silahlanmasına 20 mm-lik top daxildir. Həmçinin qanadların altında hava-yer və hava-hava tipli raketləri, bombaları daşımaq üçün 4-6 qın yerləşdirilib.

Təyyarə hər cür hava şəraitində müşahidə aparmaq üçün optik və termal kameralar, sintetik apertura radarı, radioelektron mübarizə vasitələri ilə təchiz olunub.

İki nəfərlik təyyarənin uzunluğu 10,5 m, hündürlüyü 4 m, maksimal uçuş kütləsi: 3 800 kq, sürəti 500 km/saat, praktik uzaqlığı 2 100 km, praktik tavanı 9 500 metr təşkil edir. Təyyarə Pratt&Whitney şirkətinin istehsalı olan 950 at gücündə bir ədəd PT6A-66 mühərriki ilə təchiz olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş