“Airbus Helicopters” VSR-700 PUA-nın sınaqlarını keçirib

“Airbus Helicopters” VSR-700 PUA-nın sınaqlarını keçirib

Fransanın “Airbus Helicopters” şirkəti tərəfindən hazırlanan VSR-700 pilotsuz uçuş aparatının sınaqları keçirilib.

Bu barədə Azeri Defence saytı “Airbus Helicopters” şirkətinə istinadən məlumat verib.

Fransanın cənubundakı Aix-en-Provence şəhəri yaxınlığındakı test mərkəzində keçirilən sınaqların uğurla nəticələndiyi bildirilib.

“Airbus Helicopters” şirkətinin baş direktoru Bruno Even bildirib ki, VSR-700 PUA Fransa Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün hazırlanıb. Baş direktor onu da əlavə edib ki, vertikal qalxma və enmə (VTOL) xüsusiyyətlərinə malik VSR-700 PUA-nın 2021-ci sonunda dəniz sınaqları keçiriləcək.

“Helicopteres Guimbal” şirkətinin istehsalı olan “Guimbal Cabri G2” helikopteri əsasında hazırlanan VSR-700 PUA-nın maksimum uçuş çəkisi 1000 kq təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş