“Airbus” helikopterləri üçün “Cirit” raketlərini seçdi

Türkiyənin ROKETSAN şirkəti ilə “Airbus Helicopters” şirkəti arasında ROKETSAN şirkəıtinin istehsalı olan 2.75” lazer yönləndirməli “Cirit” raketinin H135M və H145M yüngül zərbə helikopterlərinə inteqrasiyasına dair müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence”yə ROKETSAN şirkətindən məlumat verilib.

EUROSATORY-2016 sərgisi çərçivəsində imzalanmış müqavilədə H135M və H145M helikopterlərinin “Cirit” raketləri ilə birlikdə qlobal bazardakı müştərilərə təklif edilməsi nəzərdə tutulur.

ROKETSAN Müşahidə Şurasının sədri Emin Alpman bildirib ki, çoxfunksiyalı helikopterlərin yüksək texnologiyalara əsaslanan silah sistemləri ilə təchiz edilməsi sayəsində müştərilərə fərqli əməliyyatları icra edə bilən həll təqdim olunacaq. Bu proqram hazırda davam edən əməkdaşlığı daha irəli götürərək dost və müttəfiq ölkələrə yeni imkanlar verəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş