“Airbus” ilk A330 MRTT çoxməqsədli təyyarəni sifarişçiyə çatdırıb

“Airbus” ilk A330 MRTT çoxməqsədli təyyarəni sifarişçiyə çatdırıb

NATO-nun MMF (Multinational MRTT Fleet) proqramı çərçivəsində “Airbus” şirkəti tərəfindən istehsal edilən ilk A330 MRTT çoxməqsədli təyyarə iyunun 29-da İspaniyanın Madirid yaxınlığındakı Getafe aviasiya bazasına çatdırılıb.

Bu barədə “AzeriDefence” “Airbus” şirkətinin rəsmi saytına istinadən məlumat verib. A330 MRTT təyyarəsi İspaniyadan Hollandiyanın Eindhoven şəhərində yerləşən əsas əməliyyat bazasına göndəriləcək. A330 MRTT təyyarəsi Almaniyanın Köln şəhərindəki əməliyyat bazasında da fəaliyyət göstərəcək.

MMF proqramı çərçivəsində “Airbus” şirkəti 8 ədəd A330 MRTT (Multi Role Tanker Transport) təyyarəsinin istehsalını həyata keçirəcək. Təyyarələrin istehsalı altı ölkə tərəfindən maliyyələşdirilir.

A330 MRTT təyyarələri Hollandiya, Lüksemburq, Norveç, Almaniya, Belçika və Çexiya Hərbi Hava Qüvvələrində xidmət göstərəcək.

A330 MRTT təyyarələri yanacaq doldurma, sərnişin və yük daşınması, o cümlədən tibbi təxliyə əməliyyatları üçün konfiqurasiya ediləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş