AK-12 avtomatında problemlər çıxdı

AK-12 indeksi verilmiş “Kalaşnikov” avtomatının yeni modelində ciddi çatışmazlıqlar var. “AzeriDefence”nin Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə “ToçMaş” şirkətinin baş direktoru Dmitri Semizorov bildirib.

Sınaqların 80%-nin artıq başa çatdığını deyən D. Semizorov çatışmazlığın nədən ibarət olduğunu açıqlamayıb. O, çatışmazlıqların düzəldilməsinin mümkün olduğu söyləyib.

Bundan əvvəl, Rusiya Silahlı Qüvvələrinin baş qərargahında qeyd etmişdilər ki, avtomatın modifikasiya olunmuş AK-47-dən prinsipial fərqləri yoxdur. Bu o deməkdir ki, silahın istifadəsi zamanı eyni çatışmazlıqlar yarana bilər. Rusiyanın müdafiə nazirliyində isə bu avtomatı sifariş etmədiklərini deyiblər. Daxili İşlər Nazirliyindən isə AK-12-dən razıdırlar və avtomatın sınağı üçün sorğu göndəriblər.

Bununla belə bir sıra hərbi ekspertlər iddia edirlər ki, avtomatın müasirləşdirilməsinə baxmayaraq, onu “beşinci nəsil” silahlara aid etmək olmaz.

KATEQORIYA:
Bu xəbəri paylaş