“Akıncı” PT-2 PUA-nın MALE sinif xüsusiyyəti yoxlanıb

“Akıncı” PT-2 PUA-nın MALE sinif xüsusiyyəti yoxlanıb

Türkiyənin “Baykar” şirkəti tərəfindən yerli və milli imkanlar hesabına hazırlanan “Akıncı” taktiki pilotsuz uçuş aparatının (PUA) PT-2 indeksli ikinci prototipinin sınaqları davam edir.

Azeri Defence saytının məlumatına görə, bu barədə “Baykar” şirkətinin sosial media hesabında deyilib.

Sınaqlar çərçivəsində “Akıncı” PT-2 PUA orta hündürlük və uzaq məsafə (MALE) sinif xüsusiyyətlərindən orta hündürlük uçuş imkanlarını təsdiqləyib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş