“Akıncı” taktiki PUA bu il silahlanmaya veriləcək

“Akıncı” taktiki PUA bu il silahlanmaya veriləcək

Türkiyənin “Baykar” şirkəti “Akıncı” taktiki pilotsuz uçuş aparatının (PUA) istehsalını davam etdirir.

“AzeriDefence”nin Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bunu “Baykar” şirkətinin baş texnologiya mütəxəssisi Selçuk Bayraktar deyib.

S.Bayraktar bildirib ki, “Akıncı” taktiki pilotsuz uçuş aparatı 2020-ci ilin sonuna qədər Türkiyə Silahlı Qüvvələrinə çatdırılacaq.

Qeyd edək ki, “Akıncı” taktiki PUA-nın ilk sınaq uçuşları 2019-cu ilin dekabr ayında həyata keçirilib. 12000 metr yüksəkliyə qalxa bilən PUA 24 saat havada qalmaq imkanına malidir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş