“Akıncı” taktiki PUA-nın ikinci prototipi ilk uçuşunu edib – VİDEO

“Akıncı” taktiki PUA-nın ikinci prototipi ilk uçuşunu edib – VİDEO

Türkiyənin BAYKAR şirkəti tərəfindən yerli və milli imkanlar hesabına hazırlanan “Akıncı” taktiki pilotsuz uçuş aparatının (PUA) ikinci prototipinin sınaqları keçirilib.

Bu barədə Azeri Defence saytına BAYKAR şirkətindən məlumat verilib.

Bayraktar Akıncı Uçuş və Təlim Mərkəzində keçirilən “Akıncı” PUA-nın ikinci prototipinin ilk sınaqlarının uğurla nəticələndiyi bildirilib.

Sınaqlar zamanı “Akıncı” PUA-nın yeni versiyası 1 saatdan artıq havada qalıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş