“Aksunqur” PUA 12 ədəd MAM-L raketi ilə 28 saat uçuş həyata keçirib – VİDEO

“Aksunqur” PUA 12 ədəd MAM-L raketi ilə 28 saat uçuş həyata keçirib – VİDEO

Türkiyənin TUSAŞ (“Türk Havacılık ve Uzay Sanayi”) şirkəti tərəfindən hazırlanan və istehsal edilən “Aksunqur” pilotsuz uçuş aparatının (PUA) növbəti uçuş sınaqları keçirilib.

Bu barədə Azeri Defence saytına TUSAŞ şirkətindən məlumat verilib.

Sınaqlar çərçivəsində ilk dəfə “Aksunqur” ROKETSAN şirkətinin istehsalı olan 12 ədəd MAM-L raketi ilə 20 000 fut yüksəklikdə 28 saat uçuş həyata keçirib.

Qeyd edək ki, bundan əvvəlki sınaqlar zamanı “Aksunqur” pilotsuz uçuş aparatı 20 000 fut yüksəklikdə 49 saat havada qalma rekordu vurub.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş