“Aksunqur” PUA-nın yeni ağıllı sursatının sınaqları keçirilib – VİDEO

“Aksunqur” PUA-nın yeni ağıllı sursatının sınaqları keçirilib – VİDEO

Türkiyənin TÜBİTAK SAGE mərkəzi tərəfindən silahlı pilotsuz uçuş aparatlarının sursatını “ağıllandırmaq” üçün hazırlanan yeni KGK-SİHA-82 qanadlı tuşlama dəstinin sınaqları keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün “Twitter” hesabında bildirib.

Məlumatda qeyd edilib ki, yeni qanadlı tuşlama dəstinin inteqrasiya olunduğu KGK-SİHA-82 “hava-yer” təyinatlı aviasiya sursatı Türkiyənin TUSAŞ (Türk Havacılık ve Uzay Sanayi) şirkətinin istehsal etdiyi “Anka-Aksunqur” silahlı pilotsuz uçuş aparatına (SPUA) quraşdırılıb.

Sınaqlar zamanı “Aksunqur” SPUA tərəfindən atılan KGK-SİHA-82 ağıllı sursatı 30 km məsafədən 2.5 metr sapma ilə hədəfi vurub.

Atış mənzili 30+ kilometr olan KGK-SİHA-82 aviasiya sursatının kütləsi 350 kiloqramdır.

Elşən Abdulkərimov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş