Alenia Aermacchi MC-27J silahlı nəqliyyat təyyarəsini tanıtdı

Alenia Aermacchi şirkəti MC-27J silahlandırılmış nəqliyyat təyyarəsini təqdim edib. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə şirkət öz saytında məlumat yayıb.

C-27 nəqliyyat təyyarəsinin silahlandırılmış versiyası olan MC-27J idarə olunan 30 mm-lik topla təchiz olunub. Yeni versiya ABŞ-ın ATK firması ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

Yeni təyyarə antiterror əməliyyatları, heyətin təxliyəsi, asimetrik təhdidlərlə mübarizə, eləcə də xüsusi təyinatlı qüvvələrin bütün standart əməliyyatlarında istifadə oluna bilər. MC-27J Kəşfiyyat, Nəzarət və Müşahidə (ISR) qabiliyyətinə malikdir. əməliyyatlarda MC-27J təyyarəsi hədəfləri təyin etməklə yanaşı, üzərindəki silah sistemləri ilə quru hərəkatına dəstək verə biləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş