Ali Hərbi Məktəbin məzun buraxılışı keçirilib

Ali Hərbi Məktəbin məzun buraxılışı keçirilib

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 2020-ci il buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

Bu barədə “Azeri Defence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin ifasında Azərbaycanın dövlət himni səsləndirilib, məktəbin döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov çıxış edərək əlamətdar gün münasibətilə məzunları Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, gənc zabitlərə cansağlığı, ailə səadəti və xidmətdə uğurlar arzulayıb.

Sonra məktəbin məzunlarına diplomlar və fərqlənənlərə qiymətli hədiyyələr təqdim olunub.

Hərbi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edildikdən sonra şəxsi heyət tribunanın önündən keçib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş