Ali təhsil müəssisələrində tədris olunacaq hərbi ixtisasların siyahısı hazırlanıb

Azərbaycanın ali təhsil müəssisələrində xüsusi proqram üzrə zabitlərin hazırlanması qaydaları hazırlanıb. Bu barədə “AzeriDefence”yə Nazirlər Kabinetindən məlumat verilib.

Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən hazırlanmış sənəd layihəsi və müvafiq hərbi ixtisasların siyahısına artıq hökumətdə baxılır. Ədliyyə, Təhsil, Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və digər aidiyyəti orqanların rəyi toplandıqdan sonra sənəd təsdiq olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş