Alman Ordusu “Gladius”a keçir

Almaniya Müdafiə Nazirliyi Rheinmetall şirkətinə “Gladius” “gələcəyin əsgəri” təchizat dəstinin böyük partiyasını sifariş verib. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Rheinmetall şirkəti məlumat yayıb.

Almaniya Müdafiə Nazirliyi 600 hərbi qulluqçunu komplektləşdirmək üçün 84 milyon avro məbləğində 60 dəst “Gladius” təchizatı alacaq

Birinci 30 dəstin 2013-cü ilin ortalarında çatdırılması gözlənilir. Qalan hissə isə 2013-cü ilin sonunadək sifarişçiyə çatdırılacaq.
Almaniyanın 300 hərbi qulluqçusu “Gladius” dəstinin ilk təcrübi partiyasını 2012-ci ildə alıb.

“Gladius” təchizatı IdZ-2 (Infanterist der Zukunft) “gələcəyin əsgəri” təchizatı əsasında hazırlanıb. “Gladius”un tərkibinə qoruyucu təchizat, optik və infraqırmızı müşahidə vasitələri, portativ kompüter, radiostansiya, naviqasiya (GPS və kompas daxil olmaqla) vasitələri, həmçinin silah və akkumulyatorlar kompleksi daxildir, Təchizata daxil olan kamufulyaj ekstremal iqlim zonalarına hesablanıb, əsgəri bioloji və kimyəvi silahlardan müdafiə edir.

KATEQORIYA:
Bu xəbəri paylaş