Almaniya 38 ədəd “Typhoon” təyyarəsi sifariş verib

Almaniya Hərbi Hava Qüvvələri “Eurofighter” konsorsiumu ilə 38 ədəd “Typhoon” döyüş təyyarəsinin alınmasına dair müqavilə imzalayıb.

Bu barədə “Azeri Defence”ə “Eurofighter” konsorsiumundan məlumat verilib.

Alman Hərbi Hava Qüvvələri müqavilə çərçivəsində 8 iki yerli, 30 bir yerli “Typhoon” alacaq.

Təyyarələr yeni “Tranche 4” seriyasına aid olacaq.

Bundestaqının büdcə komitəsi satınalma layihəsinin maliyyələşdirilməsinə 5,4 milyard avro ayırılmasına razılıq verib.

Təyyarələrin çatdırılması 2025-2030-cu illərdə həyata keçiriləcək.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş