Almaniya 80 ədəd “Eagle” zirehli ambulans maşını alır

Almaniya 80 ədəd “Eagle” zirehli ambulans maşını alır

General Dynamics European Land Systems (GD-ELS) şirkəti Almaniyanın BAAINBw satınalma agentliyi ilə 6×6 təkər formuluna malik “Eagle” zirehli nəqliyyat vasitələrinin tədarükünə dair 159 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb.

Bu barədə “AzeriDefence”yə GD-ELS şirkətinin mətbuat mərkəzindən məlumat verilib.

Alman Ordusunun təcili tibbi yardım korpusu üçün nəzərdə tutulan 80 ədəd yüksək qorumaya malik nəqliyyat vasitələrinin tədarükü 2021-ci ildə başlayacaq və 2024-cü ilədək davam edəcək.

“Eagle” istifadəçinin təcili yardım maşın parkında yüngül və ağır maşınlar arasındakı boşluğu bağlayacaq orta çəkili zirehli təcili yardım maşını proqramı (Mittleres Geschütztes Ambulanzfahrzeug) çərçivəsində rəqabət yolu ilə seçilib.

Almaniya 6×6 təkər formuluna malik “Eagle” zirehli nəqliyyat vasitəsinin İsveçrə Ordusundan sonra ikinci sifarişçisidir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş