Almaniya dəniz patrul təyyarəsi axtarışındadır

Almaniya dəniz patrul təyyarəsi axtarışındadır

Almaniya Silahlı Qüvvələrin aviasiya parkında yer alan P-3 “Orion” dəniz patrul təyyarəsinin (Maritime Patrol Aircraft / MPA) modernləşdirilməsindən imtina edib.

“AzeriDefence”nin “Reuters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, P-3 “Orion” dəniz patrul təyyarəsinin modernizasiya işləri yüksək maliyyə xərcləri tələb etdiyi üçün ləğv edilib.

Almaniya Müdafiə Nazirliyi P-3 “Orion” təyyarəsinin əvəz edilməsi üçün yeni dəniz patrul təyyarəsi tədarük etmək qərarına gəlib.

P-3 “Orion” təyyarəsinə alternativ olaraq “Airbus” şirkətinin C-295, “Rheinland Air Service” şirkətinin RAS-72 və “Boeing”in P-8A “Poseidon” təyyarələri göstərilir.

KATEQORIYA:
Bu xəbəri paylaş