Almaniya gecikən hərbi təyyarələr üçün “Airbus” şirkətindən təzminat tələb edib

Almaniya Müdafiə Nazirliyi “Airbus Military” şirkətindən təhvil verilməsi  gecikən hər A-400M hərbi-nəqliyyat təyyarəsi üçün 12.7 milyon avro təzminat tələb edib.

“AzeriDefence”nin xarici hərbi KİV-lərə istinadən verdiyi məlumata görə, Almaniya bu tələbi “Airbus” şirkəti ilə bağlanan müqaviləyə uyğun irəli sürüb. Belə ki, müqavilə bağlandığı zaman “Airbus” şirkəti tərəfindən təyyarələrin sifarişçiyə çatdırılması gecikdiyi təqdirdə təzminat ödəməsi qərarlaşdırılıb. Ümumilikdə Almaniya “Airbus”a bu təyyarələrdən 53 ədəd sifariş edib. Şirkət kecikən 5 ədəd A-400M hərbi-nəqliyyat təyyarəsini 2016-cı ilin sonuna qədər Almaniya Müdafiə Nazirliyinə təhvil verəcəyin açıqlayıb.

Qeyd edək ki, A-400M təyyarəsini bu günədək Almaniya ilə yanaşı Fransa, İtaliya, İspaniya, İngiltərə, Türkiyə, Belçika və Lüksemburq sifariş verib. “Airbus” şirkəti hesab edir ki, bazarın əhəmiyyətli hissəsini təşkil edən Asiyadan qarşıdakı 30 il ərzində 400 ədəd A-400M təyyarəsinin sifarişləri alına bilər.

KATEQORIYA:
Bu xəbəri paylaş