Almaniya Hərbi Dəniz Qüvvələri yeni döyüş gəmisinin sınaqlarına başlayıb

Almaniyanın “Thyssen Krupp Marine Systems” şirkətində tikilən F-125 layihəli “Baden-Vyutemberq” freqatının sınaqları başlayıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, sınaqlar Şimal və Baltik dənizləri hövzəsində keçiriləcək.

F-125 layihəli yeni freqatların inşası üçün 2,69 milyard avro məbləğində budcə nəzərdə tutulub. İlkin mərhələdə 4 gəmi istifadəyə veriləcək.

Yeni freqatlar 2017-2020-ci illərdə silahlanmaya veriləcəyi gözlənilir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş