Almaniya “İncirlik” hərbi bazasından hərbçilərini çıxarır

Almaniya hökuməti Türkiyədəki “İncirlik” hərbi bazasından hərbçilərinin çıxarılması ilə bağlı qərar qəbul edib.

“AzeriDefence”nin xarici mətbuata istinadən verdiyi məlumatına görə, bu barədə Almaniya müdafiə naziri Ursula fon der Lyayen bildirib.

Məlumatda qeyd olunub ki, 2016-cı ilin əvvəlindən bu hərbi bazaya təxminən 260 alman hərbi qulluqçusu yerləşdirilib.

“İncirlik” hərbi bazası ilə bağlı Berlinlə Ankara arasında ilk problem 2016-ci ilin iyun ayında başlayıb. Həmin vaxt Bundestaq 1915-ci ildə Osmanlı impersiyasında baş verən hadisələrlə bağlı “erməni soyqırımı”nı tanınması ilə əlaqədar qətnamə qəbul etdi. Türkiyə hökuməti buna cavab olaraq bir qrup alman parlamentarilərinə “İncirlik” hərbi bazasında olan hərbiçilərlə görüşə gəlməyi qadağan etdi.

Bundan başqa iki ölkə arasında digər problem 2016-ci ilin yayında Türkiyədə dövlət çevrilişinə cəhddən sonra baş verib. Belə ki, Almaniya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkə daxilindəki repressiyalarını tənqid edib.

Almaniya hökuməti Türkiyə rəhbərliyi ilə mütəmadi danışıqlar yolu ilə məsələni həll etməyə çalışıblar. Lakin növbəti müvəffəqiyyətsizlikdən sonra iyunun 5-də Almaniyanın xarici işlər naziri Ziqmara Qabriyelin iştirakı ilə “İncirlik” hərbi bazasından hərbiçilərin çıxarılması ilə bağlı Berlində hökumət üzvlərinin müzakirəsinə çıxarılması üçün qərar verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş