Almaniya Litvanın artilleriya sistemini modernləşdirəcək

Litva Almaniyadan PzH-2000 markalı özüyeriyən habiçalar alacaq.

“AzeriDefence”in yerli mediaya istinadən verdiyi məlumatına görə, bununla bağlı müqavilə ötən gün imzalanıb.

Müqaviləyə görə, Litva Almaniyadan 16,2 milyon avro məbləğində 53 ədəd özüyeriyən habuça alacaq.

Razılaşmaya əsasən, bundan başqa Almaniya 42,1 milyon müqabilində Litva Ordusunun artileriya parkını modernləşdirəcək, şəxsi heyətə təkmilləşdirmə kursu keçəcək.

Həmçinin, Litva Silahlı Qüvvələri Almaniyadan 26 ədəd zirehli M-577 V2 və BREM BPZ-2 (Bergepanzer 2) maşınları alacaq.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş