Almaniya M270 YARS-ları idarə olunan raketlərlə silahlandırır

Almaniya M270 YARS-ları idarə olunan raketlərlə silahlandırır

Almaniyanın Müdafiə Nazirliyi (Bundesver) M270 (MARS II – Almaniya versiyası) yaylım atəşli reaktiv sistemlər üçün idarə olunan raketlər sifariş edib.

“AzeriDefence” xəbər verir ki, Bundesverin yaydığı məlumata görə, sifariş çərçivəsində Almaniya Silahlı Qüvvələri 1818 ədəd idarə olunan raketlərlə təchiz olunacaq.

MARS II YARS-lara inteqrasiya ediləcək raketlər barədə əlavə məlumat verilməyib. Müqavilənin dəyəri təxminən 239 milyon ABŞ dolları təşkil edir.

Məlumatda o da qeyd edilib ki, 2023 VJTF (Very High Joint Readiness Task) proqramı çərçivəsində Almaniya Ordusunun silahlanmasında yer alan “Patriot” zenit-raket komplekslərində istifadə olunan 170 ədəd raket də təkmilləşdiriləcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş