Almaniya “Saab” şirkətinə RBS-15 raketləri sifariş edib

Almaniya “Saab” şirkətinə RBS-15 raketləri sifariş edib

Almaniya İsveçin “Saab” şirkətinə RBS-15 (“Robotsystem 15”) uzun mənzilli gəmi əleyhinə raketlər sifariş edib.

Bu barədə Azeri Defence saytı “Saab” şirkətinə istinadən məlumat verib.

Müqavilənin dəyəri təxminən 1,7 BSEK (193 milyon ABŞ dolları) təşkil edir. Müqaviləyə əsasən “Saab” şirkəti Almaniya Hərbi Dəniz Qüvvələrinə 2022-ci ildən başlayaraq 2026-cı ilə qədər RBS-15 gəmi əleyhinə raketlər çatdıracaq.

Tədarük ediləcək RBS-15 raketləri və işəsalma sistemləri Almaniya Hərbi Dəniz Qüvvələrinin “Braunschweig” sinifli korvetlərinə inteqrasiya ediləcək. Sifarişdə raket sistemlərindən əlavə əlaqəli avadanlıq və xidmətlər də yer alır.

Qeyd edək ki, Almaniya Hərbi Dəniz Qüvvələri 2011-ci ildən bəri RBS-15 raketlərinin istifadəçisidir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş