Almaniya silahlı qüvvələrdə hərbi qulluqçuların sayını artırır

Almaniya Silahlı Qüvvələrinin şəxsi heyətinin artırılması ilə bağlı qərar verilib.

“AzeriDefence”nin məlumatına görə, Almaniya Müdafiə Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilib ki, hökumət silahlı qüvvələrdəki hərbçi sayını 198 minə çatdırmaq qərarına gəlib. Bu plan 2024-cü ilə qədər həyata keçiriləcək.

Ordunun köməkçi bölmələrində də şəxsi heyətin sayı artırılacaq.

Müdafiə Nazirliyi bu birləşmələrdə şəxsi heyətin sayını 61,4 min nəfərə çatdırmağı düşünür. Daha çox say artımı kibercinayətkarlıqla mübarizə bölmələrinə şamil ediləcək.

Hazırda isə Almaniya Silahlı Qüvvələrində hərbçilərin sayı 168,3 min nəfərdir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş