Almaniya Türkiyəyə PUA avadanlığı və təchizatı ixrac edib

Almaniya Türkiyəyə PUA avadanlığı və təchizatı ixrac edib

Almaniya Türkiyəyə pilotsuz uçuş aparatlarının istehsalında istifadə ediləcək avadanlıq və təchizat satışı həyata keçirib.

Azeri Defence saytının “C4 Defence”ə istinadən verdiyi məlumata görə, ixracın dəyəri 12 milyon 800 min avro təşkil edib.

Almanyanın “Deutsche Welle” nəşrində yer alan xəbərə görə, Almaniya hökuməti 2009-2018 illər arasında Türkiyəyə pilotsuz uçuş aparatlarının istehsalı və istifadəsi üçün avadanlıq ixracına dair ümumilikdə 33 bəyanat verib.

Sözügedən avadanlıqların silahlı pilotsuz uçuş aparatları, yoxsa kəşfiyyat-müşahidə PUA-ları üçün istifadə olunub-olunmaması ilə bağlı heç bir məlumat verilməyib.

KATEQORIYA:
Bu xəbəri paylaş