Almaniya Türkiyəyə silah ixracını dayandırdı

Almaniya hökuməti Afrin əməliyyatına görə, Türkiyə Ordusunun “Leopard” tanklarının modernləşdirilməsi üzrə proqramı və bu ölkəyə silah ixracını dayandırıb.

“AzeriDefence” Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə rəhbərliyi əməliyyatın terrorçulara qarşı həyata keçirildiyini açıqlasa da, Almaniya Xarici İşlər Naziri Ziqmar Qabriel Berlinin Suriyanın şimalında hərbi münaqişəyə görə çox narahat olduğunu dilə gətirib.

“Biz koalisiya danışıqlarının necə nəticələnəcəyini bilmirik. Ona görə də, kritik məsələlərin müzakirəsini təxirə salırıq”, – deyə nazir bəyan edib. Z. Qabriel əlavə edib ki, Almaniya münaqişə zonalarına silah göndərə bilməz və bunu etməyəcək. Bu səbəbdən Almaniya “Leopard” tanklarının modernləşdirilməsi üzrə proqramı və Türkiyəyə silah ixracını dayandırıb.

Xatırladaq ki, Türkiyə ordusunun istifadə etdiyi, Almaniya istehsalı olan “Leopard” tanklarının modernləşdirilməsi ilə bağlı bu ölkə hökuməti ilə Türkiyə arasında razılıq əldə edilib. 2016-cı ilin noyabrından iki ölkə arasındakı siyasi gərginliklə əlaqədar bu razılaşma və Türkiyəyə silah satışı 11 dəfə dondurulmuş, lakin ötən həftələrdə gərginliyin azalmasından sonra yenidən həyata keçiriləcəyi açıqlanmışdı. Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində təşkil olunan “Zeytun budağı” əməliyyatında alman istehsalı “Leopard” tanklarından istifadəsi Almaniyada kəskin narazılığa səbəb olub. “Leopard” tanklarının modernləşdirilməsi üzrə proqrama və Türkiyəyə silah ixracınıa dair yekun qərarın isə Almaniyada yeni hökumət formalaşdırıldıqdan sonra verilməsi gözlənilir.

Bu arada Almaniyanın 2017-ci il yanvar ayından etibarən Türkiyəyə 25 milyon avro silah satışı etdiyi açıqlanıb. Ümumiyyətlə Türkiyə son 20 ildir Almaniyanın silah ticarəti etdiyi ən əhəmiyyətli ölkələrdən biri mövqeyindədir. Almaniya 2015-ci ildə Türkiyəyə satdığı silahlardan 39 milyon avro ixracat gəliri əldə edərkən, 2016-ci ildə bu nisbət iki dəfədən çox artıb. 2016-ci ildə Türkiyə Almaniyanın müdafiə sənayesi ixracatı etdiyi ölkələr arasında 20-ci sırada iştirak edərkən, Berlin 84 milyon avroluk bir ixracat gəliri əldə edib.

Qeyd edən ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən sərhədlərdə və bölgədə təhlükəsizliyi və asayişi təmin etmək məqsədi ilə Suriyanın şimal qərbindəki Afrin bölgəsində PKK/KCK/PYD-YPG və İŞİD-ə mənsub terrorçuların zərərsizləşdirilməsi, bölgə sakinlərinin bunların zülmündən qurtarılması məqsədi ilə yanvarın 20-də başlayan “Zeytun Budağı” əməliyyatı hazırda davam edir. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün üçün yaydığı məlumatda bildirilir ki, Afrində keçirilən “Zeytun budağı” əməliyyatında 343 terrorçu zərərsizləşdirib.

KATEQORIYA:
Bu xəbəri paylaş