Almaniya və Fransa birgə 6-cı nəsil döyüş təyyarəsi istehsal edəcək

Almaniya və Fransa birgə 6-cı nəsil döyüş təyyarəsi istehsal edəcək

Fransa və Almaniyanın Müdafiə nazirləri yeni nəsil döyüş təyyarəsinin birgə istehsalna dair müqavilə imzalayıblar.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi nəlumata görə, 6-cı nəsil döyüş təyyarəsinin birgə istehsalı SCAF adlı proqram çərçivəsində həyata keçiriləcək.

Təxminən bir il yarım davam edəcək ilk mərhələdə sənədlərin hazırlanması planlaşdırılır. Bu mərhələdə layihə Paris və Berlin tərəfindən 155 milyon avro məbləğində maliyyələşdiriləcəkdir. Vəsaitin dizayn sənədləri, sertifikatlaşdırma, kompüter simulyasiyası və xüsusi silahların seçilməsini sərf ediləcəyi bildirilib.

Bundan sonra, külək tunelində sınaqların aparılması üçün döyüş təyyarəsinin prototipi yaradılacaq.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş