Almaniya yeni ağır hərbi nəqliyyat helikopterləri axtarışındadır

Almaniya Silahlı Qüvvələrin ağır hərbi nəqliyyat helikopterlərinə olan ehtiyaclarını qarşılamaq üçün tender keçirir.

Bu barədə “AzeriDefence” “Reuters” agentliyinə istinadən məlumat verib.

Hərbi dairələrdən “Reuters”ə verilən açıqlamaya görə, helikopterlərin istehsalına dair imzalanacaq müqavilənin dəyəri 4.72 milyard ABŞ dolları təşkil edəcək.

Keçirilən tenderə  “Lockheed Martin” şirkəti CH-53K helikopterini, “Boeing” şirkəti isə CH-47 helikopterini təklif edir.

Almaniya Müdafiə Nazirliyinin 2018-ci ilin ikinci yarısında məlumat istək sənədi dərc etdirməsi gözlənilir. Tədarük qərarının 2020-ci ilin ortalarında dəqiqləşməsi, ilk təhvilin isə 2023-ci ildə başlanması planlaşdırılır. Tədarük ediləcək 45-60 ədəd helikopterin hazırda Ordunun aviasiya texnika parkında yer alan, 60-cı illərin istehsalı olan CH-53G hərbi nəqliyyat helikopterlərini əvəzləməsi nəzərdə tutulub.

KATEQORIYA:
Bu xəbəri paylaş