Almaniyada kiber ordu yaradılır

“Bundeswehr” kiber müharibə və hücumlara qarşı yeni struktur yaratmağı planlaşdırır.

“AzeriDefence”in məlumatına görə, “Süddeutsche Zeitung” qəzeti xəbər verir ki, belə bir təşəbbüslə Almaniya Müdafiə Naziri Ursula von der Leyen çıxış edib.

Müdafiə Naziri kiber bacarığa malik bölmələri bir hədəfdə birləşdirməyi qərara alıb. Yeni təşkilatın səlahiyyəti struktur baxımından “Bundeswehr”də mövcud olan ordu, aviasiya, donanma, sanitar xidmət və hərbi hissələrdən fərqlənməyəcək.

Xanım U. Leyenin qənaətinə görə, yeni plan müasir dövrdə artan kiber hücum və təhlükənin qarşısını almaq üçün son dərəcədə əhəmiyyət daşıyır. Güc nazirliyindən o da bildirilib ki, yaxın günlərdə müdafiə naziri tərəfindən təqdim ediləcək yeni islahat paketi “Bundeswehr”də əsaslı struktur dəyişikliyi yaratmayacaq.

Məlum olub ki, bu günədək Almaniya Müdafiə Nazirliyinin kiber imkanları mərkəzləşdirilmiş deyil, ayri-ayri bölmələr şəkildə fəaliyyət göstərib. (Trend.az)

KATEQORIYA:
Bu xəbəri paylaş