Almaniyanın Federal Polis İdarəsindən Azərbaycanın Dövlət Sərhəd Xidmətinə dəstək

Sərhədlərin qorunması sahəsində beynəlxalq əməkdaşlıq çərçivəsində Almaniyanın Federal Polis İdarəsi tərəfindən Azərbaycanın Dövlət Sərhəd Xidmətinə saxtalaşdırılmış sənədlərinin müəyyən edilməsi üçün 50 ədəd cihaz təhvil verilib. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyi mətbuat açıqlaması yayıb.

Təhvil verilmə mərasimindən əvvəl Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün bir həftə ərzində təlim həyata keçirilib. Almaniya bu dəstəklə trans-sərhəd cinayətlərin, xüsusilə qeyri-qanuni miqrasiyanın azaldılmasına töhfə vermək istəyir.

Qeyd edək ki, Almaniyanın Federal Polis İdarəsi və Azərbaycan Dövlət Sərhəd Xidməti arasında 2004-cü ildən etibarən intensiv işgüzar əlaqələr mövcuddur. Bu günə kimi illik əməkdaşlıq proqramları çərçivəsində beynəlxalq standartlara uyğunlaşdırma üzrə ikitərəfli təlim və təchizat yardımın çoxsaylı layihələri həyata keçirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş