Almaniyanın H145 helikopteri axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib

Almaniyanın H145 helikopteri axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib

Almaniya Silahlı Qüvvələr Fransanın “Airbus Helicopters” şirkətindən yeni aldığı H145 tipli çoxməqsədli helikopteri axtarış-xilasetmə əməliyyatlarında istifadə etməyə başlayıb.

“AzeriDefence” xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin rəsmi sosial media hesabında bildirilib.

2018-ci ildə Almaniya Müdafiə Nazirliyi ilə “Airbus Helicopters” şirkəti arasında imzalanmış müqavilə çərçivəsində bu ölkəyə 7 ədəd H145 LUH helikopterinin tədarükü planlaşdırılıb.

Müqaviləyə əsasən ilk H145 helikopteri 2019-cu ilin dekabr ayında sifarişçiyə çatdırılıb. Yerdə qalan digər helikopterlərin 2021-ci ilin əvvəlinə qədər Almaniya Silahlı Qüvvələrinə təhvil verilməsi nəzərdə tutulub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş