Almaniyanın yeni hücum tüfəngi RS556 təqdim olunub

Almaniyanın “Rheinmetall” və Avstriyanın “Steyr Mannlicher” şirkəti birgə istehsal etdikləri RS556 adlı yeni modulyar tüfəngi təqdim edib.

“AzeriDefence”in məlumatına görə, RS556 hücum tüfəngi ilk dəfə olaraq Almaniyanın Nürnberq şəhərində keçirilən “Enforce Tac – 2017” beynəlxalq sərgisində nümayiş olunub.

5.56×45 mm çaplı RS556 modeli STM556 tüfənginin əsasında yaradılıb.

Tüfəngdə bəzi parametrlər (qazötürmə, və qapanma) “Steyr AUG”  tüfəngindən götürülüb.

Yeddi pilləli tənzimlənən qundağa malik tüfəngə üzərindəki pikatini tamasalar vasitəsi ilə xüsusi olaraq hazırlanmş 40×46 mm RS40 lüləaltı qumbaraatan qurmaq mümkündür.

RS556 tüfəngi “Rheinmetall” şirkətinin “Future Soldier” modulyar təchizatına uyğundur.

Tüfəngin çəkisi 4.2 kq, darağının tutumu 30 patrondur. Silahın lüləsi heç bir əlavə alət tələb olunmadan qısa müddətdə dəyişdirilə bilir. RS556 tüfəngi sifarişdən asılı olaraq 14,5″, 16″, 18″ və 20″ uzunluğunda lülələrlə istehsal ediləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş