Almanlar lazer topun sınaqlarını keçirib

Almaniyanın “Rheinmetall Defence” şirkətinin gəmilər üçün istehsal etdiyi yüksək enerjili lazer topunun sınaqları keçirilib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, sınaqlar Almaniya Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmidə, açıq dənizdə reallaşdırılıb.

10 kilovatlıq texnologiya məsafədən idarəolunan MLG 27 modulunun üzərində yerləşdirilib.

Lazer top pilotsuz uçuş aparatlarının, orta və kiçik həcmli gəmilərin, stasionar sahil hədəflərinin məhv edilməsi üzrə təyinatlandırlıb.

Yekun açıqlamaya görə, sınaqlar uğurla nəticələnib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş