“Altay” tankı xarici mühərriklə istehsala başalayacaq

“Altay” tankı xarici mühərriklə istehsala başalayacaq

Tükiyənin “Altay” əsas döyüş tankının mühərrik səbəbiylə yaranan istehsal problemi alternativ yolla həll ediləcək.

“AzeriDefence”nin məlumatına görə, bunu Türkiyənin Müdafiə Sənaye Komitəsinin (SSB) sədri İsmail Dəmir SETA Fondu (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) ilə SSB-nin ortaq canlı yayımında deyib.

İ. Dəmir bildirib ki, layihənin prototip işləri üçün xaricdən alınan mühərriklər ilə “Altay” tankının istehsalına başlanılacaq. Bu çərçivədə, qismən istehsal ediləcək ilk “Altay” əsas döyüş tankları Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olacaq.

SSB sədri onu da əlavə edib ki, Türkiyə Ordusunun silahlanmasında yer alan, keçmişdə modernləşdirilmiş tankların imkanları yaxşılaşdırılacaq və əlavə tanklar modernləşdiriləcək.

Qeyd edək ki, ASELSAN şirkəti Türkiyənin M60T “Sabrra” tanklarını “Fırat” adı altında modernləşdirib. Yeni tanklara M60TM “Fırat Sabra” deyilir. Hazırda Türkiyə Ordusunun silahlanmasında “Leopard” 2A4, M60TM “Fırat Sabrra”, M60T “Sabrra”, o cümlədən M60 “Patton”,  M48A5T1 və T2 tankları xidmət göstərir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş