“Altay” tankının seriyalı istehsalı ilə bağlı yaxın günlərdə qərar veriləcək

Türkiyənin ilk milli tankı olan “Altay”ın seriyalı istehsalına dair qərar yaxın günlərdə açıqlanacaq.

“AzeriDefence”nin “C4 Defence”yə istinadən verdiyi məlumatına görə, bunu Türkiyənin müdafiə sənayesi katibi İsmayıl Dəmir jurnalistlərə açıqlamasında deyib.

Müdafiə sənayesi katibi “Altay” tankının seriyalı istehsalına dair qərarın 20 gün içində açıqlanacağını bəyan edib.

“Altay” tankının dizaynı, 4 prototipinin hazırlanması və seriyalı istehsalı üçün ilk təklifi “Otokar” şirkəti edib.

Qeyd edək ki, 2017-ci ilin fevralında “Altay” tankının prototipi qəbul testlərini tamamlayıb. Lakin, Müdafiə Sənayesi Katibliyi (SSM) “Otokar” şirkətinin “Altay” tankının seriyalı istehsal ilə bağlı təklif etdiyi qiymətlərini qəbul etməyib. SSM bu səbəbdən seriyalı istehsal üçün açdığı tenderdə “Otokar”, BMC və FNSS şirkətləri 2017-ci il noyabrın 16-da təklif verib.

KATEQORIYA:
Bu xəbəri paylaş