“Altay” tankının seriyalı istehsalına başlanılır

Türkiyənin “Otokar” şirkəti uzun illərdən bəri yaradılmasına başlanılan “Altay” tankının kütləvi istehsalına başlanılmasının mümkünlüyü ilə bağlı açıqlama yayıb.

“AzeriDefence”nin “Otokar” şirkətinə istinadən verdiyi məlumatına görə, “Altay” bütün testlərdən uğurla keçib və ketləvi istehsal üçün sifariş gözləyir.

İlkin olaraq, ölkənin təlabatı reallaşdırılacaq. Bundan sonra ixrac istiqamətində işlərə başlanılacaq.

Qeyd edək ki, “Altay” tankının yaradılmasına 2007-ci ildən başlanılıb. Tank Cənubi Koreyanın K-1 tankının bazasında istehsal olunub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş