“Altay” tankının zirehini ROKETSAN istehsal edəcək

“Altay” tankının zirehini ROKETSAN istehsal edəcək

Türkiyənin BMC şirkəti tərəfindən istehsal ediləcək “Altay” əsas döyüş tankının zirehini ROKETSAN şirkəti istehsal edəcək.

Bu barədə “AzeriDefence”ə ROKETSAN şirkətindən məlumat verilib.

ROKETSAN-ın “Altay” əsas döyüş tankına quraşdıracağı ERA (Explosive Reactive Armor / ERA) zirehi tandem döyüş başlıqlı tank əleyhinə raketlərə qarşı qorumanı təmin edir.

ERA zirehin modulyar dizaynı sökmə və yeniləmə əməliyyatlarını asan şəkildə aparmağa imkan verir. Bundan başqa ERA müxtəlif zirehli maşınlara da uyğunlaşdırıla bilir.

Şirkət mütəxəssislərinin sözlərinə görə, “Altay” əsas döyüş tankı ROKETSAN tərəfindən hazırlanacaq passiv, aktiv və reaktiv zireh komponentləri ilə döyüş sahəsində qabaqcıl qorumaya sahib olacaqdır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş