“Altius-U” PUA peyk rabitəsinə qoşuldu

“Altius-U” PUA peyk rabitəsinə qoşuldu

Rusiya Federasiyasının “Altius” pilotsuz uçuş aparatı (PUA) peyk rabitə terminalı ilə təchiz olunmuş ilk rus dronu oldu.

“Poliqon” xəbər verir ki, bu barədə Altius layihəsinin baş konstruktoru İlya Matveev “Rossiya-24” telekanalına müsahibəsində deyib.

Efirdə jurnalistin suallarını cavablandıran İ.Matveev, “Altius” PUA-nın Rusiyada hazırlanmış peyk rabitə terminalı almış Rusiya PUA-larından ilk olduğunu, qəbuledicinin başlığın altına yerləşdirildiyini bildirib.

“Bu bort peyk rabitə terminalı, bortumuzun bir hissəsi kimi istifadə üçün Rusiyada hazırlanıb. Radiorabitə imkanları ilə təchiz edilmiş ilk PUA bizim pilotsuz uçuş aparatımızdır – deyə o bildirib.

Daha əvvəl isə, quraşdırılmış avadanlıq sayəsində PUA-nın peyk vasitəsi ilə idarə oluna biləcəyi və bununla da istifadə sahəsinin demək olar ki, məhdudlaşdırmadığı bildirilmişdi.

“Altius-U”, “Altair” layihəsi çərçivəsində bir sıra prototiplərin hazırlanması və sınaqdan keçirilməsi nəticəsində yaradılan PUA-dır. Ən yeni pilotsuz kompleks, bir sıra kəşfiyyat tapşırıqlarını yerinə yetirməklə yanaşı, aviasiya məhvetmə vasitələrindən də (AMV) istifadə edə bilər.

“Altius” PUA-nın qanad açılışı 28,5 m, uzunluğu 11,6 m, qalxma çəkisi 6 tondur. Uçuş hündürlüyü 12 min metr, uçuş məsafəsi 10 min km-ə qədərdir. Bu vəziyyətdə PUA 48 saata qədər havada qala bilər. Quraşdırılmış avadanlıq böyük məsafədə kəşfiyyat aparmağa imkan verir.

Bu ilin fevralında Rusiya Federasiyası Müdafiə Nazirliyi “Altius” kəşfiyyat və zərbə PUA pilot partiyasını sifariş verib. Çatdırılma müddətləri və partiyadakı PUA sayı barədə məlumat verilməyib.

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş