AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi ləğv edilib

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi ləğv edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Strateji Elmi Tədqiqatlar Mərkəzi ləğv edilib.

“AzeriDefence”nin məlumatına görə, bununla bağlı qərar AMEA Rəyasət Heyətinin dekabrın 10-da keçirilən iclasında qəbul edilib.

AMEA prezidentinin 21 noyabr 2019-cu il tarixli sərəncamı ilə ilə yaradılmış Komissiyanın rəyinə əsasən, Strateji Elmi Tədqiqatlar Mərkəzinin fəaliyyəti idarəetmə orqanı kimi AMEA Rəyasət Heyəti aparatının vəzifə və funksiyalarına uyğun sayılmayıb.

Strateji Elmi Tədqiqatlar Mərkəzi AMEA Rəyasət Heyəti aparatının struktur bölməsi kimi ləğv edilib, onun işçilərinin əmək müqavilələrinə qanunvericiliklə müəyyən olunmuş qaydada xitam verilib. Həmçinin Strateji Elmi Tədqiqatlar Mərkəzinin maddi-texniki bazası AMEA-nın Yüksək Texnologiyalar Parkı MMC-nin balansına verilib, onun işçilərinin YT Parkda işlə təmin edilməsi barədə qərar qəbul olunub.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş