AMEA-nın YT Parkına yeni təyinatlar olub

AMEA-nın YT Parkına yeni təyinatlar olub

AMEA-nın prezidenti akademik Ramiz Mehdiyev “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-də vəzifə təyinatları haqqında müvafiq sərəncamlar imzalayıb.

Bu barədə “AzeriDefence”yə AMEA-nın YT Parkından məlumat verilib.

Ramiz Mehdiyevin müvafiq sərəncamları ilə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin baş direktoru Elton Məmmədovun təqdimatına əsasən AMEA YT Parkın investisiya, kommersiya və istehsalat üzrə baş direktor müavini vəzifəsinə Elyar Eldar oğlu Kərimov, ümumi və strateji inkişaf üzrə baş direktor müavini vəzifəsinə Məmməd Elxan oğlu Bağır-zadə, Maliyyə və iqtisadi təhlil şöbəsinin müdiri – baş mühasibi vəzifəsinə Jalə Nəsirağa qızı Cabarova təyin edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş