AMEA YT Parkının rezidentləri ilə görüş keçirilib

AMEA YT Parkının rezidentləri ilə görüş keçirilib

AMEA Yüksək Texnologiyalar Parkının inzibati binasında rezidentlərlə görüş keçirilib.

Bu barədə Azeri Defence saytına AMEA YT Parkından məlumat verilib.

“AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Vasif Abbasov YT Parkda rəqabətqabiliyyətli məhsulların istehsalı, ciddi elmi tədqiqatların aparılması, eləcə də innovativ layihələrin həyata keçirilməsinin əsas hədəflərdən olduğunu deyib.

Vasif Abbasov rezidentlərə vəzifə və öhdəliklərini xatırladaraq onlardan mütəmadi olaraq elmtutumlu və ixracyönümlü layihələrin gözlənildiyini diqqətə çatdırıb.

Direktor, qurumun fəaliyyətinin Elmlər Akademiyası üçün əsas prioritet istiqamətlərdən birini təşkil etdiyini vurğulayaraq, Yüksək Texnologiyalar Parkının Azərbaycan alimlərinin elmi-tədqiqat işlərinin innovativ məhsullara çevrilməsi və kommersiyalaşdırılması sahəsində müstəsna əhəmiyyətə malik olduğunu bildirib.

Vasif Abbasov qeyd edib ki, YT Parkın əlverişli mühiti və rezidentlər üçün nəzərdə tutulmuş güzəşt və imtiyazar məhsullarımızın rəqabət üstünlüyünü daha da artıraraq, sadəcə idxal əvəzedici deyil, həm də ixrac potensialı yüksək olan məhsullara çevrilməsinə gətirib çıxaracaqdır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş