Amerika 5 ölkəyə M16A4 avtomatı ixrac edəcək

Amerika 5 ölkəyə M16A4 avtomatı ixrac edəcək

ABŞ Ordusunun Müqavilə Komandanlığı M16A4 tipli avtomatın tədarükü ilə bağlı “FN America” şirkətinə 383.3 milyon dollar dəyərində sifariş verib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb.

Bildirilib ki, M16A4 avtomatı Xarici Hərbi Satış proqramı (FMS) çərçivəsində Əfqanıstan, Qrenada, İraq, Livan və Nepala tədarük ediləcək.

M16A4 avtomatlarının 2025-ci ilədək sifarişçilərə çatdırılması planlaşdırılır.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş