
Amerika B-52H təyyarəsini AGM-183A raketi ilə silahlandırıb
ABŞ Hava Qüvvələri (USAF) uzaq mənzilli B-52H strateji döyüş təyyarəsinin sınaqlarını keçirib.
Azeri Defence saytının xarici mediaya istinadən verdiyi məlumata görə, B-52H “Stratofortress” adlı təyyarənin qanadları altına inteqrasiya olunan səsdən sürətli AGM-183A ARRW (Air-launched Rapid Response Weapon) raketi ilə uçuş sınaqları keçirilib.
Kaliforniya sahilində keçirilən sınaqlar çərçivəsində GPS məlumatları ARRW IMV-2-dən yer stansiyalarına uğurla ötürülüb. Bundan başa “Boeing” şirkəti tərəfindən istehsal edilən B-52H “Stratofortress” təyyarəsinə telemetriya ilə silah sistemi inteqrasiyası təsdiqlənib.
KATEQORIYA: Xəbərlər