Amerika Belçikaya 322 ədəd JLTV zirehli maşını tədarük edəcək

Amerika Belçikaya 322 ədəd JLTV zirehli maşını tədarük edəcək

ABŞ və Belçika arasında JLTV (Joint Light Tactical Vehicle) maşınlarının tədarükünə dair müqavilə imzalanıb.

Azeri Defence saytının məlumatına görə, bu barədə Belçikanın DGMR agentliyi məlumat yayıb.

Müqavilə çərçivəsində ABŞ-ın “Oshkosh Defence” şirkəti Belçika Silahlı Qüvvələrinə 322 ədəd 4×4 təkər formuluna malik JLTV CLV zirehli maşını tədarük edəcək.

Belçika Silahlı Qüvvələrinin zirehli maşınlara olan ehtiyaclarını qarşılamaq məqsədilə elan edilmiş tenderi qazanan “Oshkosh Defence” şirkəti JLTV maşınlarını 2023-cü ildə Belçika Ordusuna təhvil verəcək.

134,7 milyon avro dəyərindəki müqavilə çərçivəsində tədarük ediləcək JLTV zirehli maşınlarının 135 ədədi “FN Herstal” şirkətinin istehsalı olan “deFNder” distans döyüş modulu ilə silahlandırılacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş