Amerika EXBS proqramı çərçivəsində Azərbaycana 26.3 milyon dollar maliyyə ayırıb

ABŞ Azərbaycanı İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi (EXBS) proqramı çərçivəsində 26.3 milyon ABŞ dolları məbləğində təlim, avadanlıq və dəstəyi ilə təmin edib.

“AzeriDefence” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ-ın Azərbaycandakı səfirliyinin İxracata Nəzarət və Sərhəd Təhlükəsizliyi idarəsinin Kommersiya Tipli Dəmir Yollarında Qadağalara dair təlimin açılış mərasimində deyib.

Səfir R.Sekuta bildirib ki, EXBS proqramının Azərbaycan və Gürcüstanla təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlıq tarixi var: “Biz kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında ümumi məqsədləri bölüşürük. ABŞ Azərbaycan və Gürcüstanla sərhəd təhlükəsizliyi məsələlərində yaxından əməkdaşlıq edir və bu cür əməkdaşlıq ölkələrimiz arasındakı əla tərəfdaşlığı gücləndirməyi davam edir.

Bu təlim ölkələrimizin kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasına, həmçinin Azəbaycan və Gürcüstanın qeyri-qanuni yüklərin aşkarlama və onların daşınmasına qadağa qoyulması sahəsində sübut olunmuş icra bacarıqlarının artırılmasına dair götürdüyü uzunmüddətli öhdəliyi numayiş etdirir”.

 

KATEQORIYA:
Bu xəbəri paylaş