Amerika HDQ ilk CMV-22B təyyarəsini silahlanmaya qəbul edib

Amerika HDQ ilk CMV-22B təyyarəsini silahlanmaya qəbul edib

“Textron” və “Boeing” şirkətlərinin birgə istehsal etdiyi tiltrotor tipli CMV-22B hərbi nəqliyyat təyyarəsinin ilk partiyası ABŞ Hərbi Dəniz Qüvvələrinə çatdırılıb.

Bu barədə “AzeriDefence” “Boeing” şirkətinə istinadən məlumat verib.

Bu ilin fevral və aprel aylarında ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən CMV-22B təyyarəsinin qəbul sınaqları keçirilib.

Şirkət mütəxəssislərinin sözlərinə görə, sınaqları uğurla nəticələnən CMV-22B təyyarəsinin silahlanmaya qəbuluna göstəriş verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş